Messi “Inter Mayami”yə keçidinin ƏSL SƏBƏBİNİ AÇIQLADI

18 Avqust 2023 23:11

Argentinalı hücumçu Lionel Messi niyə "Paris Saint-Germain"dən "Inter Mayami"yə keçmək qərarına gəldiyini açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda ESPN nəşri məlumat yayıb.

"Çox düşündük və ailəmlə birlikdə qərar verdik. Buraya həyatım boyu oynadığım futboldan həzz almağa davam etmək üçün gəldim. Mən buranı əsasən buna görə seçdim", - forvard bildirib.

Xatırladaq ki, 36 yaşlı Messi iyulun 15-də "İnter Mayami"yə keçib. Onun ABŞ klubu ilə müqaviləsi 2024/2025 mövsümünün sonuna kimidir.

Milli.Az