İtaliya millisində yeni baş məşqçi - RƏSMİ

18 Avqust 2023 21:55

Luçano Spalletti futbol üzrə İtaliya milli komandasının baş məşqçisi təyin edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Avqustun 13-də məlum olub ki, Roberto Mançini İtaliya millisinin baş məşqçisi vəzifəsindən azad edilib, o, 2018-ci ildən milliyə rəhbərlik edib.

Spallettinin 64 yaşı var, 2021-2023-cü illərdə İtaliya çempionu olan "Napoli"yə rəhbərlik edib.

Milli.Az