Bu ölkədə Teylorun həyatı dərsliklərə salınacaq

18 Avqust 2023 22:23

Müğənni Teylor Sviftin həyatı və musiqiləri dərsliklərə salınacaq.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçının həyatı Amerika universitetlərinin birində psixologiya dərsində örnək olaraq göstəriləcək.

Qeyd edək ki, T.Svift Amerikanın ən varlı qadınları siyahısında da yer alır.

Milli.Az