Qusarda istirahət mərkəzində zəhərlənənlər DANIŞDI... - VİDEO

18 Avqust 2023 18:04

Xəbər verdiyimiz kimi, Qida zəhərlənməsi ilə bağlı 5 nəfər xəstəxanaya müraciət edib.

Hadisə Qusar rayonunun Caqar kəndində  qeydə alınıb. Kənd ərazisində istirahətdə olan qohumlar  - 50 yaşlı Aynurə Fərzəliyeva, 20 yaşlı  Bəhram Xanıyev, 37 yaşlı  Fərid Əskərli, 26 yaşlı  Aygül Xanızadə və 21 yaşlı Qızbəs Fərzəliyeva xəstəxanaya yerləşdiriliblər.

İlkin ehtimala görə, həmin şəxslər qəbul etdikləri qidadan zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az Xəzər TV-yə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az