Bakıda 13 yaşlı qız itkin düşdü

18 Avqust 2023 09:24

Bakıda 13 yaşlı qız itkin düşüb.

Milli.Az xəbər verir ki, hadisə avqustun 15-də paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, 2010-cu il təvəllüdlü Aytac Məhərrəmli yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az