Bu ölkədə şiddətli zəlzələ oldu - 6,3 bal

18 Avqust 2023 07:54

Kolumbiyanın Kumaral bölgəsində 6,3 bal gücündə zəlzələ baş verib.

Milli.Az manset.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Geologiya Xidməti məlumat yayıb.

ABŞ Geoloji Xidməti yerli vaxtla saat 20:04-də baş verən zəlzələnin dərinliyinin 10 kilometr olduğunu bildirib.

Mənbə 16 kilometr dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Milli.Az