"Sabah" penaltilər seriyasında məğlub olaraq Konfrans Liqası ilə vidalaşıb - YENİLƏNDİ

18 Avqust 2023 01:59

"Sabah" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb.

Milli.Az report-a istinadən xəbər verir ki, Murad Musayevin baş məşqçi olduğu kollektiv Serbiyada "Partizan"ın qonağı olub.

Qarşılaşmanın əsas vaxtı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

30-cu dəqiqədə Mateus Saldanya, 57-ci dəqiqədə Bibras Natxo fərqlənib.

Bakıdakı ilk görüşdə Azərbaycan təmsilçisi eyni hesabla qalib gəldiyi üçün əlavə vaxt oynanılıb. 116-cı dəqiqədə Kristian Beliç ikinci sarı vərəqəni alaraq "Partizan"ı azlıqda qoyub. Əlavə vaxt qolsuz yekunlaşdığından penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq olan Serbiya klubu pley-offa yüksəlib.

Komanda pley-offda Danimarka "Norşellann"ı ilə üz-üzə gələcək.

Milli.Az