Günün qoroskopu
18 May 2010 07:00
Göylərin mənzərəsi
18 may çərşənbə axşamı, 5-ci Ay günü, Günəş - Buğada, Ay - Xərçəng, Merkuri - Buğada, Venera - Əkizlərdə, Mars - Şirdə, Yupiter - Balıqlarda, Saturn - Qızda, Uran - Balıqlarda, Neptun - Dolçada, Pluton - Oğlaqda.
Münəccim öncəgörümləri
Qoç - İşləriniz çox çətinliklə gedir. İrəliyə doğru hər bir addımınızda yeni-yeni problemlər yaranır.
Buğa - Sizin üçün uğurlu keçən bu gün problemsiz də ötüşməyəcək. Bu gün əldə edəcəyiniz ciddi faktiki nailiyyətiniz yoxdur.
Əkizlər - İşləriniz alınmır. Səhhətinizə qarşı diqqətli olun. Əsəbiləşməməyə çalışın. Bədxərclik etməyin.
Xərçəng - Romantik əhval-ruhiyyəniz yüksək olacaq. İşləriniz alınacaq. Maliyyə uğurlarınızı çoxaltmağa çalışın.
Şir - Heç bir işiniz alınmayacaq. Hər tərəfdən üzərinizə tökülən problemləri həll etməlisiniz.
Qız - Özünüzü güclü hiss edəcəksiniz. Günün sonunda özünüzə hesabat verərkən uğurlarınızın azlığına baxmayaraq, bu gündən narazılığınız olmayacaq.
Tərəzi - Çətin gündür. Nəzərdə tutduğunuz problemlərin heç biri həll edə bilməyəcəksiniz. Yaxın dostlarınızın əhatəsini genişləndirməyə çalışın.
Əqrəb - Sizin üçün rahat keçən bu gündə problemlərin çoxunu həll edəcəksiniz. Özünüzü güclü və vəziyyətin ağası sayacaqsınız.
Oxatan - Heç bir işiniz alınmır. İmkan varsa, bu gün evdən bayıra çıxmayın. İmkan daxilində evə tez qayıtmağa çalışın.
Oğlaq - İşləriniz alınacaq. Həllinə çalışdığınız məsələlərin bir sırasını bitirə biləcəksiniz.
Dolça - Çətin gündür. Əsəbilik gətirən məsələləri ciddi qəbul etməyin, yaradıcılıqla məşğul olun.
Balıqlar - İşləriniz alınacaq. Ruhdan düşməyib axıra qədər qətiyyətli olmalısınız.
Milli.Az