Düşmən fortifikasiya qurğuları quraşdırmağa cəhd göstərib - Sülhməramlıların yerləşdiyi ərazidə

17 Avqust 2023 13:09

Avqustun 17-si saat 11:55 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında kənd təsərrüfatı işləri adı altında atəş dəstəyi ilə uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən bildirilib.

Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb və bu işlərə atəş dəstəyi verən qanunsuz erməni silahlı birləşmələrinin mövqeləri susdurulub.

Milli.Az