İstanbulun 61 günlük su ehtiyatı qalıb, vəziyyət kritikləşə bilər - Xəbərdarlıq

17 Avqust 2023 11:02

İstanbulu təmin edən su anbarlarında cəmi iki aylıq su qalıb. Quraqlıq davam edərsə, vəziyyət kritikləşə bilər.

Milli.Az Axar.az-a istinadən bildirir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

"Şəhərin 91 günlük su ehtiyatı var. Lakin bu suyun 25 faizinin buxarlandığını nəzərə alsaq, ehtiyatın cəmi 61 günlük olduğunu deyə bilərik", - telekanal bildirib.

İstanbul Su Ehtiyatları və Kanalizasiya İdarəsinin (İSKİ) məlumatına görə, çərşənbə günü su anbarlarının dolma dərəcəsi 33,37 faiz - 289 milyon kubmetrdən çoxdur. Son iki həftə ərzində şəhərdə orta hesabla sutkada 3-3,5 milyon kubmetrə qədər su istehlak edilib.

Milli.Az