Bu ölkə işıqsız qaldı

17 Avqust 2023 07:30

İki istilik elektrik stansiyasının dayanması səbəbindən bütün Livan işıqsız qalıb.

Milli.Az APA-ya istinadən bildirir ki, artıq yeddi saatdır ki, ölkədə işıq yoxdur.

İki istilik elektrik stansiyasının operatoru - Deyr Əmmar və Zəhrani çərşənbə günü bildirib ki, xarici valyutada borcların ödənilməməsi səbəbindən stansiyaları yerli vaxtla saat 17:00-da bağlayacaq.

Hazırda bu istilik elektrik stansiyalarından yalnız ikisi Livanı elektrik enerjisi ilə təmin edir.

Bundan başqa, hadisə səbəbindən su nasos stansiyaları sıradan çıxıb. Müxtəlif infrastruktur obyektləri fəaliyyətini dayandırıb.

Milli.Az