Kuril adalarının şimal qrupu yaxınlığında (Saxalin bölgəsi) bir anda 5,7 maqnitudalı dörd zəlzələ qeydə alınıb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsindən məlumat verilib.
"Birinin maqnitudası 4,5, qalanının maqnitudası 5,0-5,7 olub. Ən güclü episentri Severo-Kurilsk şəhərindən 206 km cənub-şərqdə yerləşib", - deyə bildirib.
Milli.Az