Yol qəzasında iki aylıq körpə olmaqla dörd nəfər öldü

16 Avqust 2023 21:08

Türkiyənin Adıyaman bölgəsində yol qəzası baş verib.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə "haberler.com" məlumat yayıb.

Adıyaman-Gölbaşı şosesində baş verən qəzada biri iki aylıq körpə olmaqla dörd nəfər ölüb. İki nəfər isə yaralanıb.

Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Qəza ilə bağlı araşdırmalar davam etdirilir.

Milli.Az