Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi azərbaycanlı veteranları təbrik etdi
17 May 2010 22:49
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın adından veteranlara hədiyyələr, habelə Fondun dəstəyi ilə nəşr olunan kitablar təqdim olunub. Veteranlara Heydər Əliyev Fondunun məqsəd və vəzifələri, habelə humanitar sahədə həyata keçirilən layihələr barədə məlumat verilib. Qeyd olunub ki, Azərbaycanda ahıllara daim böyük hörmət və ehtiram göstərilir. Veteranlara qayğı və diqqətlə yanaşmaq isə hər birimizin borcudur.
Veteranlar Qədriyə Səlimova, Abdul Hüseynov, Hüseyn Axundov, Müseyib və Zoya Əliyevlər, Qasım Kərimov onlara göstərilən qayğıya və Vətən qarşısında xidmətlərinə verilən qiymətə görə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinə, onun rəhbəri Leyla Əliyevaya minnətdarlıqlarını bildiriblər. Veteranlar evlərinə gəlib onları təbrik edən Fondun əməkdaşlarına da təşəkkür ediblər.
/AzərTAc/