MİT İraqda yeni əməliyyat keçirib, PKK-nın "rəhbər şəxsi" məhv edilib

16 Avqust 2023 11:16

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın Qara bölgəsində yeni əməliyyat keçirib.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində PKK/KCK terror təşkilatının "rəhbər şəxsi" Cəlal Birdar məhv edilib.

Onun "mətbuat və arxiv işləri üzrə rəhbər şəxs" olduğu bildirilir.

Milli.Az