Mərakeşli iş adamı Azərbaycanda futbol klubu alır

15 Avqust 2023 20:44

Mərakeşli iş adamlarından biri Azərbaycanda klub sahibi olacaq.

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, biznesmen, Birinci Liqada mübarizə aparan klublardan birinin rəhbəri olacaq.

Belə ki, adı açıqlanmayan şəxsin "İmişli" komandasını satın alacağı gözlənilir. İmişli təmsilçisinin həmin iş adamı tərəfindən 1 milyon manata alınacağı ehtimal olunur.

Ölkəmizə tez-tez səfər edən biznesmenlə AFFA arasında yaxın günlərdə bu barədə görüş keçiriləcəyini də qeyd edək.

Milli.Az