Jurnalist məşhur futbolçuya bahalı saat hədiyyə etdi - VİDEO - FOTO

15 Avqust 2023 23:41

Səudiyyə Ərəbistanlı jurnalist məşhur futbolçu Fabinyoya "Rolex" saat hədiyyə edib.

"Qafqazinfo" "Gazeta.ru"ya istinadən xəbər verir ki, maraqlı hadisə ötən gün Fabinyonun çıxış etdiyi "Əl İttihad" ilə "Əl-Raed" arasında keçirilən oyundan sonra yaşanıb. 

Jurnalist İbrahim Əl-Falyan futbolçuya hədiyyəni yaxşı oyun göstərdiyi üçün verdiyini deyib. Fabinyo isə jurnalistin bu hərəkətini gülüşlə qarşılayaraq ona təşəkkür edib. 

Sözügedən hadisənin görüntülərini təqdim edirik: 

Qeyd edək ki, Fabinyo 2018-ci ildən çıxış etdiyi "Liverpul"dan "Əl-İttihad"a keçib. Fabinyonun hazırkı bazar dəyəri 42 milyon avrodur.

Milli.Az