Hindistan haubitsaları İrəvana göndərir - VİDEO

15 Avqust 2023 17:56

Hindistanın Ermənistana satdığı "MArG 155/39" özüyeriyən haubitsalarının görüntüləri yayılıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, Tvitterdəki "301 Military" adlı səhifə sözügedən artilleriya qurğularının görüntüsünü paylaşıb.

Səhifə hindistanlı mənbəyə istinadla bildirib ki, görüntülərdə Ermənistana göndərilən artilleriya sistemlərinin ilk partiyası əks olunub.

Milli.Az