FTX Krımda Ukrayna ilə işləyən rusiyalını tutdu

15 Avqust 2023 18:50

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə Krımdan keçən hərbi yüklər barədə məlumatları ötürən Rusiya vətəndaşını ələ keçirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə qurumdan məlumat verilib.

Məlumata görə, dindirilmə zamanı 58 yaşlı şəxs etiraf edib ki, Ukrayna xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək, 1 kq trotil ekvivalentində əldəqayırma bombanın tapıldığı anbarın koordinatları barədə məlumat verib.

Həmin şəxsə partlayıcı maddələrin və ya partlayıcı qurğuların qanunsuz əldə edilməsi, ötürülməsi, satışı, saxlanması, daşınması, göndərilməsi və daşınması ilə bağlı cinayət iş açılıb.

Onun Rusiyada digər cinayətlərdə iştirakı müəyyən edilir.

Milli.Az