Heydər Əliyev prospektində qəza - Yolda sıxlıq yaranıb

15 Avqust 2023 10:37

Bakıda qəza olub, yolda sıxlıq yaranıb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu səbəbdən də prospektdən üzü şəhər istiqamətinə yolda sıxlıq yaranıb.

"Sıxlığın aradan qaldırılması məqsədilə əraziyə yol polisi əməkdaşları cəlb edilib", - məlumatda qeyd olunub.

Milli.Az