“Nikosayağı”nın atasından oğlu ilə bağlı açıqlama: “Reanimasiyadadır”

15 Avqust 2023 10:03

Sosial şəbəkələrdə "Nikosayağı" adı ilə tanınan bloqer Nicat Şakirlinin törətdiyi qorxunc yol-nəqliyyat hadisəsi ilə bağlı atası məlumat verib.

Milli.Az xəbər verir ki, bloqerin atası, tanınmış nevropatoloq Nafiz Mütəllimov oxu.az-a açıqlamasında oğlunun hazırda reanimasiyada olduğunu bildirib:

"Nicatın qolu amputasiya olunub. Hələ ki reanimasiyadadır. Hadisədən biz sonradan xəbər tutduq. O, dostu ilə şəhərə gedirmiş, TIR-ın altına giriblər. Mərdəkan tərəfdən gəlirmişlər. Maşında iki nəfər olublar. Dostu rəhmətə gedib. Allah rəhmət eləsin!"

Qeyd edək ki, hadisə ilə bağlı cinayət işi başladılıb.

Milli.Az