Bu Avropa ölkəsi də İrana qarşı sanksiyalar tətbiq etdi

15 Avqust 2023 14:31

Moldova İrana qarşı Avropa İttifaqının tətbiq etdiyi sanksiyalara qoşulub.

Buna Tehranın Rusiya ordusuna yardım etməsi səbəb olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin nümayəndəsi İqor Zaxarov məlumat verib.

Məlumata görə, Moldova Aİ-yə namizəd olan Şimali Makedoniya, Monteneqro, Albaniya, Ukrayna, Bosniya və Herseqovina, həmçinin Avropa İqtisadi Birliyinin üzvü olan İslandiya və Lixtenşteynin ardınca  Aİ-nin İrana qarşı sanksiyalarına qoşulub.

Bildirilib ki, Aİ Moldovanın bu qərarını alqışlayıb.

Milli.Az