Pakistanda müvəqqəti hökumətin baş naziri Anvarul Hak Kakar and içərək vəzifə səlahiyyətlərinin icrasına başlayıb.
Milli.Az axar.az-a istinadən bildirir ki, prezident Arif Alvinin rəhbərliyi ilə andiçmə mərasimi baş tutub.
Prezident Sarayında keçirilən mərasim Qurani-Kərimin oxunması ilə başlanıb.
Alvinin oxuduğu mətni təkrarlayan Kakar ölkənin 8-ci müvəqqəti hökumətinin baş naziri olaraq vəzifəsinin icrasına başlayıb.
Milli.Az