Rusiyada yaşayış binasında partlayış olub, 4 nəfər yaralanıb

14 Avqust 2023 17:12

Rusiyanın Saratov vilayətinin Volski rayonunda yerləşən yaşayış binalarının birində partlayış olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 3-ü uşaq olmaqla 4 nəfər yaralanıb.

Ölkənin Səhiyyə Nazirliyindən verilən məlumata görə, 2 uşağın və 1 yetkinin durumu orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az