Azərbaycanda general-mayor vəfat etdi - FOTO

14 Avqust 2023 14:39

Gömrük xidməti general-mayoru İsmayıl Ələkbərov vəfat edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, o, ötən gün uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, general Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətinin rəisi vəzifəsində çalışıb.

O, 2022-ci ilin iyul ayında DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun imzaladığı əmrə əsasən təqaüdə göndərilib.

Milli.Az