Düşmən mövqelərimizi yenidən atəşə tutdu

14 Avqust 2023 13:20

Avqustun 14-də saat 09:20-dən 12:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun  Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən bildirilib.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Milli.Az