Anası və nənəsini baltalayaraq öldürən qadın görün nə etdi - TƏFƏRRÜAT - VİDEO - FOTO

14 Avqust 2023 11:46

Türkiyənin Zonquldaq bölgəsində anası və nənəsini amansızca qətlə yetirən qadın sağlamlıq yoxlanışı zamanı əlinin kiçik barmağını dişi ilə qopardaraq udub.

Milli.Az haberler-ə istinadla bildirir ki, 31 yaşlı Rabia Çataklı 56 yaşlı anası və 77 yaşlı nənəsini yatdıqları yerdə baltalayaraq öldürüb. Anasını 110, nənəsini isə 6 hissəyə bölən qadın daha sonra cəsədlərin hissələrini pəncərədən aşağı tullayıb. Cinayət hadisəsi barədə polisə qonşular xəbər verib. Qapını qıraraq içəri girən polislər qadını əlində silahla tutublar. Yaxınlarının verdiyi məlumata görə, anası və nənəsi Rabianın evinə qətldən 2 gün öncə qonaq gəliblərmiş.

İstintaq gedişində məlum olub ki, qadın cinayəti "Sela" duasını oxuyaraq həyata keçirib. 

Dindirilmə zamanı qadın polisə heç bir ifadə verməyərək sadəcə təkbir (Allahu Əkbər) gətirib.

Həmin görüntüləri təqdim edirik:

Ülkər
Milli.Az