Türkiyədə e.ə. XIV yüzilliyə aid saray aşkar edilib - FOTO

14 Avqust 2023 18:56

Türkiyəli arxeoloqlar Aydın vilayətində e.ə. XIV yüzilliyə aid saray qalıqları aşkar ediblər. Tikilinin məbəd olması da istisna edilmir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə TRT məlumat yayıb.

Bildirilib ki, professor Sevinc Günelin rəhbərlik etdiyi ekspedisiya ərazidə taxıl küpləri də aşkar edib. Tapılan taxıl nümunələri arxeobotaniki analizə cəlb edilib.

Milli.Az