Mütəxəssislər yayda açıq havada qidalanma ilə bağlı xəbərdarlıq edirlər.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Aynur Həsənova bildirir ki, uzun müddət günəşin altında qalan qidalar zəhərlənməyə səbəb ola bilər.
İsitrahətə gedənlər gigiyenə qaydalarında da maksimum əməl etməlidir. Əllərin, qabların yuyulmasından istifadə olunan su belə düzgün seçilməlidir.
İnstitutun mütəxəssisi bildirir ki, çimərlikdə içməli suyun günəş şüalarının altına saxlanılması da yalnışdır.
Ekspertlər tərəfindən çimərliyə gedən zaman kiçikhəcmli soyuduculardan istifadə olunması tövsiyyə edilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Milli.Az