Ülviyyə bu kanalda çalışacaq

14 Avqust 2023 11:37

Aktrisa Ülviyyə Əliyeva Muz TV-də işə başlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda sənətçi özü məlumat verib. O bildirib ki, artıq yeni layihəsinin çəkilişlərinə başlanılıb:

"Proqram "Qırmızı çamadan" adlanır. Sentyabrdan izləyə bilərsiniz. "Zəhmətkeş ulduzlar"la bənzər versiyadadır".

Qeyd edək ki, Ülviyyənin "Zəhmətkeş ulduzlar" verilişi "Space TV"də yayımlanırdı. Aktrisa bundan əvvəl ARB və "Space TV"də çalışıb.  

Milli.Az