Son sutkada İranın 15 PUA-sı məhv edilib

14 Avqust 2023 09:31

Son sutkada Ukraynaya hücum edən Rusiyanın İran istehsallı 15 "Shahed" pilotsuz uçuş aparatı (PUA) məhv edilib.

Milli.Az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, həmçinin 8 qanadlı raket zərərsizləşdirilib.

Hücumun nəticələri dəqiqləşdirilir.

Milli.Az