İranda hicabla bağlı YENİ QAYDALAR

13 Avqust 2023 21:27

İran hakimiyyəti hicaba tələbləri yüngülləşdirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, polis artıq yaşı 18-dən aşağı olan hicabsız vətəndaşları saxlamayacaq.

"Bundan başqa, onlar polisə aparılmayacaqlar", - deyə parlamentin spikeri Məhəmməd Bağır Qalibaf məsələyə münasibət bildirib.

Qeyd edək ki, bundan əvvəl İran hüquq-mühafizə qüvvələri komandanlığının rəsmi nümayəndəsi, general Səid Montazer əl-Mehdi qadınların hicablı olmasını təmin edəcək piyada və avtomobil patrullarının tətbiq olunacağını demişdi.

Milli.Az