Polis kuriyer Orxan Zeynalovu saxlamaq istəyir? - AÇIQLAMA

13 Avqust 2023 17:10

Kuriyerlik fəaliyyəti ilə məşğul olan vətəndaş Orxan Zeynalov ötən gündən sosial şəbəkələrdə polis tərəfindən təqib olunduğu və saxlanılacağı ilə bağlı məlumatlar yayıb.

Daxili İşlər Nazirliyi məsələyə münasibət bildirib.

DİN-in mətbuat xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı "Qafqazinfo"ya bildirib ki, bu iddialar yalandır, yazılanlar şəxsi mülahizələrdir və O.Zeynalov üzərindən təşkil olunub qurulan kampaniyadır.

Onunla bağlı DİN-in qurumları tərəfindən barəsində hər hansı müraciət araşdırılmır, icraat tədbiri yoxdur, saxlanılması nəzərdə tutulmayıb.

Milli.Az