Vuçiç eynicinslilərin nikahına "yox" dedi

13 Avqust 2023 17:22

Serbiya prezidenti Aleksandar Vuçiç eynicinsli nikahlar və üç cins haqqında qanunları imzalamayacağını bildirib.

Milli.Az APA-ya istinadən bildirir ki, o, bu barədə TV Pink telekanalında məlumat verib.

Onun sözlərinə görə, Serbiya cəmiyyəti "ənənəvidir" və Aİ "buna görə Serbiyaya hücum edir".

"Əla - məni günahlandırın... Mən buna imkan vermədim" dedi.

Vuçiç bir müddət əvvəl ABŞ-ın Bosniya və Herseqovinanın Srpska Respublikasının siyasi rəhbərliyinə qarşı sanksiyaları fonunda Qərbin ikiüzlülüyünün və ikili standartlarının güclənməsindən danışıb.

Milli.Az