Nigeriyada tarixi məscid uçub, 10 nəfər ölüb

13 Avqust 2023 12:34

Nigeriyada tarixi məscid uçub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə nəticəsində 10 nəfər ölüb.

Qeyd olunub ki, yeddisi ağır olmaqla 25 nəfər yaralanıb.

Kaduna əyalətindəki tarixi məsciddə dağıntılar altında qalanların axtarış-xilasetmə əməliyyatı aparılır.

Məscid 1830-cu illərdə inşa edilib.

Milli.Az