Bu tarixdə NATO-nun təlimləri başlayacaq

12 Avqust 2023 22:21

Rumıniyada NATO-nun döyüş qrupunun beynəlxalq təlimləri avqustun 14-də başlayacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin saytında bildirilib.

Avqustun 14-dən 18-dək olan müddətdə Fransa və Lüksemburqun 250-yə yaxın əsgəri və NATO-nun Rumıniyadakı döyüş qrupunun 65 texnikası "Deployex" təlimlərində iştirak edəcək.

Təlimlərin məqsədi Şimali Atlantika Alyansının döyüş qrupunun canlı qüvvə və texnikasının çevik yerləşdirilməsinin işlənib hazırlanmasıdır.

Milli.Az