Həsən Zeynalov vəzifəsindən azad edildi

12 Avqust 2023 15:07

Babək Rayon Təhsil Şöbəsinin müdiri Həsən Zeynalov vəzifəsindən azad edilib.

Milli.Az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası təhsil naziri Rəhman Məmmədov bununla bağlı əmr imzalayıb.

Qeyd edək ki, Naxçıvan təhsil nazirinin müavini də vəzifəsindən azad edilib.

Milli.Az