Əsgərlər evə qayıdanda vətəndaş müharibəsi başlayacaq

13 Avqust 2023 06:24

Rusiya elitası Vladimir Putini devirməyə belə cəhd etmir. Buna görə də Ukraynaya qarşı müharibədə uduzduqdan sonra Rusiyada vətəndaş müharibəsi başlaya bilər.

Milli.Az Axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

Podolyakın sözlərinə görə, rus əsgərləri evə qayıdanda elita tərəfindən aldadıldıqları və onları Ukraynaya göndərilənlərə nifrət hissi yaranacaq.

O bildirib ki, belə ssenaridə Putin Rusiyada daxili vəziyyəti saxlaya bilməyəcək:

"Ona görə də Rusiya siyasi rejiminin transformasiyası və dünya ilə normal münasibətlərin bərpa prosesinə başlamaq üçün elita hakimiyyəti mümkün qədər tez ələ keçirməlidirlər".


Milli.Az