Evləri də yandı, ürəkləri də... - FOTO

12 Avqust 2023 08:36

Xəbər verdiyimiz kimi, Havay adalarındakı meşə yanğınlarında 67 nəfər həyatını itirib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, yüzlərlə ailə evlərini tərk etmək məcburiyyətində qalıb.

Belə ki, təxminən 1,3 min kilometr məsafədə davam edən "Dora" qasırğasının yaratdığı güclü küləklər səbəbindən yanğınlar sürətlə Mauiyə yayılaraq yaşayış yerlərini yararsız vəziyyətə qoyub. Buna görə turistlər də daxil olmaqla 11 mindən çox insan Mauidən təxliyə edilib. 

Xatırladaq ki, Havay adalarında genişmiqyaslı meşə yanğınları avqustun 9-dan başlayıb.

Milli.Az