"Fənərbağça" "Mançester Yunayted"in futbolçusunu transfer edib

11 Avqust 2023 23:08

Türkiyə "Fənərbağça"sı İngiltərə "Mançester Yunayted"inin futbolçusu Fredi transfer edib.

Milli.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi tibbi müayinədən keçmək və müqaviləyə imza atamaq üçün avqustun 12-də İstanbula yollanacaq.

Hələlik 30 yaşlı oyunçu ilə sözləşmənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Fred 2018-ci ildən "Mançester Yunayted"də çıxış edirdi. Təcrübəli futbolçu "qırmızı şeytanlar"ın heyətində 213 oyun keçirib.

Milli.Az