10 nəfərin ölümünə səbəb olan DƏHŞƏTLİ YOL QƏZASI

11 Avqust 2023 22:15

Hindistanın Qucarat ştatında mikroavtobusla yük maşınının toqquşması nəticəsində 10 nəfər ölüb. Daha 13 nəfər yaralanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə NDTV kanalı məlumat yayıb.

Qəza Rajkot-Əhmədabad avtomobil yolunda baş verib. İçərisində 23 nəfərin olduğu mikroavtobus təkəri partladığı üçün idarəetməni itirərək yol kənarında dayanmış yük maşınına çırpılıb.

Milli.Az