Ronaldonun başı dərddə - HƏBS OLUNA BİLƏR

11 Avqust 2023 22:00

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kristiano Ronaldo matç zamanı xristian jesti etdiyi üçün həbs oluna bilər.

Milli.Az Offsideplus.az-a istinadla xəbər verir ki, bu, Səudiyyə Ərəbistanı qanunlarına görə qadağandır.

38 yaşlı portuqaliyalı Ərəb Çempion Klublar Kuboku çərçivəsində İraqın "Əl-Şorta" klubu ilə görüşdə (1:0) qol vurub. O, qolu qeyd edərkən xristian jesti edib.

Səudiyyə Ərəbistanında xristianların hər hansı jesti cinayət sayılır. 

Belə bir hərəkətin cəzası hətta həbs ola bilər.

Milli.Az