Aktrisa təyyarəyə buraxılmadı - VİDEO

11 Avqust 2023 18:13

Aktrisa İlayda Alişan uçuşa gec qaldığı üçün təyyarəyə buraxılmayıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, əsəbiləşən sənətçi hava limanı işçilərini tənqid edib. Buna səbəb isə onun qeydiyyata 5 dəqiqə gecikməsi olub:

"40 dəqiqə əvvəl orada idim. Təyyarəyə buraxılmadım. Dedilər ki, 45 dəqiqə əvvəl qeydiyyatdan keçməlisiniz. Əks halda gecikmiş hesab olunursunuz. Deyirəm ki, təyyarə uçmayıb, əlimdə çamadanım da yoxdur. Sözümə baxmadılar". 

Milli.Az