Bakıda 5 minə yaxın piyada məsuliyyətə cəlb edilib
17 May 2010 19:11
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yol hərəkətinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi Cəmşid Hənifəyevin Milli.Az xəbər portalına verdiyi məlumata görə, aprelin 15-dən mayın 15-dək davam edən aylıq ərzində piyadaların vurulması ilə bağlı 52 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 11 nəfər ölüb, 46 nəfər yaralanıb.
C.Hənifəyevin sözlərinə görə, aylıq ərzində yol hərəkəti qaydalarını pozmuş piyadalar barəsində 4794 protokol yazılıb, onlar məsuliyyətə cəlb edilib. "Yol Hərəkəti Haqqında" Qanunun 40-cı maddəsinin tələbini yerinə yetirməyən piyadalar yol polisi əməkdaşları tərəfindən saxlanılaraq İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinin tələbinə uyğun olaraq cərimə olunublar.
Milli.Az