Bölgələr üzrə pensiyalar bu tarixdə ödəniləcək

11 Avqust 2023 11:12

Respublikanın bölgələri üzrə pensiyaların ödənilməsi avqust ayının 15-i tarixinə nəzərdə tutulub.

Milli.Az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Milli.Az