Avtobusa hücum oldu, 20 ölü

11 Avqust 2023 08:33

Suriyanın Deyr əz-Zor əyalətində İŞİD yaraqlılarının avtobusa hücumu nəticəsində 20 suriyalı hərbçi həlak olub.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə RİA Novosti Suriya təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

10 nəfərin də yaralandığı bildirilir.

Agentliyin məlumatına görə, silahlıları Bədiyat əl-Məyadin səhrasında hərbçilərin olduğu avtobusu pusquya salıblar.

Bundan əvvəl İŞİD Pakistanın şimal-qərbində baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Milli.Az