Qəbələdə işçi analıq məzuniyyətinə çıxandan sonra POÇT BAĞLANIB... VİDEO

10 Avqust 2023 21:12

Qəbələ rayonunun Bunud kəndində 1 ilə yaxındır ki, əhaliyə poçt xidmətləri göstərilmir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, sakinlərin sözlərinə görə, uzun illər ərzində kənddə poçt xidməti olub. Amma sonradan naməlum səbəblərdən onun fəaliyyəti dayandırılıb. Bu isə sakinlərin işini çətinləşdirib.

Sözügedən kəndin bələdiyyə sədri Eldəniz İsayev bildirib ki, poçtun fəaliyyətinin dayandırılması daha çox yaşlı insanlara çətinlik yaradır. Ona görə problemin həlli üçün aidiyyəti üzrə müraciət edilib.

Məsələ ilə bağlı "Azərpoçt" MMC-dən bildirilib ki, tələbat az olduğuna görə poçt şöbəsi ötən ilin noyabr ayından fəaliyyətini dayandırıb. ''2022-ci ilin 10 ayı ərzində qeyd edilən poçt şöbəsində cəmi 776 məktub və 20 bağlama qəbul edilib, bu da gün ərzində orta hesabla 2-3 göndəriş deməkdir. Bunun üçün ayrıca poçt şöbəsinin fəaliyyət göstərməsi səmərəli hesab olunmayıb. Vətəndaşların rahatlığının təmin olunması məqsədilə həmin şöbənin xidmətləri  4-5 km aralıda yerləşən Vəndam poçt şöbəsinə həvalə olunub''-deyə qurumdan bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az