Konfrans Liqası: "Sabah" "Partizan"ı, "Neftçi" "Beşiktaş"ı qəbul edəcək

10 Avqust 2023 09:17

Bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycanın iki klubu - "Neftçi" və "Sabah" öz meydanlarında rəqiblərini qəbul edəcəklər.

"Sabah" Serbiyanın "Partizan" klubu ilə qarşılaşacaq. "Bank Respublika Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Matçın baş hakimi gürcüstanlı FIFA referisi Giorgi Kruaşvili olacaq.

"Neftçi" isə "Neftçi Arena"da Türkiyənin "Beşiktaş" klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Qarşılaşmanı isveçrəli baş hakim Lukas Fandrix idarə edəcək.

Milli.Az