İraqda antiterror əməliyyatında 2 türk əsgəri şəhid olub

9 Avqust 2023 21:22

İraqın şimalında "Pençe-Kilit" antiterror əməliyyatı bölgəsində terror təşkilatı üzvlərinin atəşi nəticəsində 2 türk əsgəri şəhid olub, üçü yaralanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, yaralı əsgərlər dərhal xəstəxanaya aparılıb, bölgədə terrorçulara qarşı əməliyyatlar davam edir.

Milli.Az