Bu barədə Yasamal rayon Polis İdarəsindən məlumat verilib. Hadisə mayın 15-dən 16-na keçən gecə saat 03.00 radələrində Yasamal rayonu, İslam Səfərli küçəsi 13 ünvanında yerləşən, Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Rəşad Cəfərova məxsus "Metro Klub"da qeydə alınıb. Bara daxil olan 6 naməlum şəxs klubun qapısını, pəncərəsini və içəridəki spirtli içkilərin şüşələrini sındırıblar. Daha sonra isə barın işçiləri, 1978-ci il təvəllüdlü Çoşqun Nəsibov və 1988-ci il təvəllüdlü Bağır Sadıqova bıçaqla xəsarət yetiriblər. Naməlum şəxslər barın işçilərini zərərsizləşdirdikdən sonra kassadan 1300 manat götürərək hadisə yerindən qaçıblar.
Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri görür.